Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sənəd imzalanıb.
Sənədə əsasən, bu vəzifəyə Sahib Novruz oğlu Nağıyev təyinat alıb.
Bununla da Dövlət Komitəsi sədrinin müavinlərinin sayı 4-ə çatıb.
Qeyd edək ki, S.Nağıyev 1966-cı ildə Gəncə şəhərində anadan olub. O, Yaxın Şərq ölkələri üzrə mütəxəssisdir.