ABŞ dövlət katibi Entoni Blinken Çinə səfər edəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət katibi Blinken iyunun 16-21-də Pekində və Londonda səfərdə olacaq.
“Pekində dövlət katibi Çin Xalq Respublikasının yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirəcək və burada o, ABŞ-Çin münasibətlərini məsuliyyətlə idarə etmək üçün kommunikasiyaların açıq saxlanılmasının vacibliyini vurğulayacaq.
O, eyni zamanda ikitərəfli narahatlıq doğuran məsələləri, qlobal və regional məsələləri və ortaq transmilli çağırışlar üzrə potensial əməkdaşlığı qeyd edəcək.
Londonda dövlət katibi Ukraynanın Rusiyanın davam edən hücumlarından xilas olmasına kömək etmək üçün dövlət və özəl sektordan beynəlxalq dəstəyi səfərbər etmək üçün Ukraynanın Bərpa Konfransında iştirak edəcək. Bundan başqa, o, orada olarkən Böyük Britaniyadan, Ukraynadan və digər tərəfdaş və müttəfiqlərdən olan həmkarları ilə görüşəcək”, – Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.
Azinformasiya.az