Dövlət Departamenti: Blinken Mişellə Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsini müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezdenti Şarl Mişellə telefon danışığında Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülhün dəstəklənməsi üçün fürsətləri müzakirə edib.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər, həmçinin Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə ABŞ və Aİ-nin dəstəyini bir daha təsdiqləyiblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir