“Vaşinqton Bakı və İrəvanla irəliləyişi təmin edəcək istənilən formatda işləməyə hazırdır”.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamentindən “Amerikanın Səsi” radiostansiyasının erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib.
“ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanın Cənubi Qafqazın təhlükəsizliyi və çiçəklənməsi üçün əhəmiyyət daşıyan dayanıqlı, həmçinin layiqli sülh sazişinin əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onlar üçün irəliləyişi təmin edəcək istənilən formatda işləməyə hazırıq”.
Azinformasiya.az