ABŞ danışıqların harada aparılmasından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır.
Azinformasiya.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilməsi nəzərdə tutulan görüşü şərh edərkən söyləyib.
“Tərəflər arasında birbaşa danışıqlar prinsipial əhəmiyyət kəsb edir və onlar harada keçirilməsindən asılı olmayaraq – Arlinqtonda (ABŞ), Brüsseldə və ya Moskvada – biz şad olardıq”, – o qeyd edib.
Azinformasiya.az