Dövlət Baxçalı Ərdoğana çağırış edib

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib.

 

Azinformasiya.az xəbər verir ki, MHP-nin 14-cü qurultayında çıxış edən MHP sədri Rəcəb Tayyib Ərdoğanı siyasi fəaliyyətini davam etdirməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin iştirak edəcəyi son seçkilər olduğunu bildirib.

Dövlət Baxçalı isə deyib ki, Rəcəb Tayyib Ərdoğan Türk millətini yalnız buraxa bilməz: “Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən! Cümhur İttifaqı yanındadır. Yeni əsrin xilaskar lideri olaraq Sizi görmək istəyirik!”.

Qeyd edək ki, Dövlət Baxçalı qurultayda MHP sədri postuna yeganə namizəddir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir