Macarıstana mən tez-tez gəlirəm.
Azinformasiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.
Azərbaycan Prezidenti deyib ki, son dəfə Macarıstana 2023-cü ildə gəlib: “Siz də Azərbaycana tez-tez gəlirsiniz. Son səfəriniz keçən ilin noyabr ayında olmuşdu. Bu onu göstərir ki, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır. Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik. Bu gün məhdud tərkibdə keçirilən görüşdə də gördük ki, bir çox məsələlər üzrə mövqelərimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda yenə də mövqelərimizdə elə böyük fərq yoxdur”.
Azinformasiya.az