Dövlət başçısı İlham Əliyev Aİ Şurasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təbrik məktubu ünvanlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.

İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik.

Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir