MHP sədri Dövlət Bağçalı Fələstin lideri Mahmud Abbasın Çinə ziyarəti zamanı uyğur türklərinə qarşı dediyi sözlərə cavab verib.
Azinformasiya.az xəbər verir ki, o, bu barədə partiyasının qrup toplantısında çıxışı zamanı bildirib.
“Mahmud Abbas, Milliyyətçi Hərəkat Partiyasının qrup toplantısından şəxsən sizə səslənirəm. Uyğur türklərini terrorçu adlandırmaq haqsızlıqdır, küfrdür, günahdır, cinayətdir, rüsvayçılıqdır, türk millətinə qarşı hörmətsizlikdir”, – o qeyd edib.
Dövlət Bağçalı, həmçinin vurğulayıb ki, Türkiyə hər zaman və şərtsiz olaraq Fələstin xalqının mübarizəsini dəstəkləyib, amma Mahmud Abbasın bu sözləri qəbuledilməzdir.
Azinformasiya.az