Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) yeni müavin təyin edilib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə DANX-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb. Yeni təyinat alan Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub.
O, 2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb. 2020-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.