Moskva şəhər məhkəməsi Donetsk seprataçılarının sabiq rəhbəri İqor Strelkovu həbs edib.
Azinformasiya.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Strelkov barəsində Cinayət Məcəlləsinin ekstrimizmə çağırış maddəsi ilə cinayət işi açıb, məhkəmədən onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini tələb edib.
Məhkəmə istintaq orqanının xahişini qəbul edib və Strelkov barəsində iki aylıq, sentyabrın 18-ə kimi həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Strelkov Rusiya Prezidenti Vladimir Putini və Silahlı Qüvvələr rəhbərliyini Ukraynadakı hərbi əməliyyatların uğursuz aparılması ilə bağlı sərt tənqid edib.
Azinformasiya.az