Ukrayna xarici işlər naziri Dmitri Kuleba Hindistana səfər edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı “X” hesabında bildirib.
Hindistan XİN başçısının dəvəti ilə Yeni Delhiyə səfərinin başladığını deyən Dmitri Kuleba bu səfərin iki ölkə arasında münasibətlər üçün önəmli olduğunu qeyd edib.
“Ukrayna-Hindistan əməkdaşlığı vacibdir və biz əlaqələri canlandıracağıq. Zelenski və Narendra Modi arasında dialoqa əsaslanaraq, biz Sülh Formuluna xüsusi diqqət yetirəcəyik”, – Ukrayna XİN başçısı yazıb.
Azinformasiya.az