Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunun Hamamlı kəndində yas mərasimində bıçaqlanma olub.
Azinformasiya.az xəbər verir ki, insident ötən gün qeydə alınıb.
Məlumata əsasən, iki nəfər arasında şifahi mübahisə sonradan fiziki qarşıdurmaya çevrilib, nəticədə iki nəfərə bıçaqla xəsarətlər yetirilib.
Gürcüstan Daxili İşlər Nazirliyinin bu gün yaydığı məlumata əsasən, insidentlə əlaqədar 1 nəfər həbs edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci (sağlamlığa qəsdən ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Azinformasiya.az