Azərbaycanda cinayətlərin sayı azalıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2,4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17,6, ailə münaqişəsi zəminində törədilənlər 2,4, mal-qara oğurluğu 21,3 faiz azalıb.
Xatırladaq ki, ötən il Azərbaycanda 36 494 cinayət qeydə alınıb.