Deputatdan daha bir humanist addım

Milli Məclisin deputatı Səyyad Aran bu ilin yanvar ayında Hacıqabul rayonunun ərazisində baş vermiş bədbəxt hadisə nəticəsində ağır xəsarət almış İmişli rayon sakini Nicat Alışanovu bərpa prosesi keçdiyi Bakı Reabilitasiya Mərkəzində ziyarət edib və səhhəti ilə maraqlanıb.

Deputat bildirib ki, Nicatın düşdüyü ağır durum ilk gündən onun nəzarətindədir və səlahiyyətləri daxilində mümkün olan köməkliyi göstərir. Səyyad Aran Nicat Alışanova göstərdikləri yüksək xidmət və diqqətə görə əmək və əhalinin sosial müfafiəsi naziri Anar Əliyevə və Bakı Reabilitasiya Mərkəzinin direktoru Vüsalə Kazımovaya təşəkkürünü bildirib.
Qeyd edək ki, 1-ci qrup əlil Nicat Alışanov Səyyad Aranın təşəbbüsü ilə Bakı Reabilitasiya Mərkəzinə yerləşdirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir