Milli Məclisin deputatı Səyyad Salahlı Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatında seçiciləri ilə növbəti görüşünü keçirib.
Azinformasiya.az qəbul zamanı vətəndaşları maraqlandıran suallar cavablandırılıb və müraciətləri qeydə alınıb. Bəzi müraciətlər yerindəcə həllini tapıb.
Deputat bildirib ki, həlli zaman tələb edən vətəndaş müraciətləri ilə bağlı müvafiq dövlət qurumlarına sorğu göndərəcək. Görüşdə həmçinin ötən dövr ərzində müraciətləri müsbət həllini tapmış rayon sakinləri iştirak edib və onlar deputata göstərdiyi köməkliyə görə təşəkkür ediblər.
Vətəndaş qəbulunda YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov da iştirak edib.
Azinformasiya.az