VII çağırış Milli Məclisin 82 saylı İmişli-Saatlı Seçki Dairəsindən seçilmiş deputatı Səyyad Salahlı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə İmişli rayonunun Göbəktala kəndindən olan şəhid ailələrini ziyarət edib.
Azinformasiya.az xəbər verir ki, deputat 44 günlük Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Hüseynov Nurlan Madər oğlunun, Səfərli Əmrah Çingiz oğlunun və Bayramov Elnur Şəmsi oğlunun ailələrini ziyarət edərək onlara bayram təbriklərini, eləcə də sovqatını çatdırıb. Millət vəkili şəhidlərin valideynlərinə və
doğmalarına səbr diləyib.
Səyyad Salahlı şəhid ailələrini ziyarəti zamanı şəhidlərimizin keçdiyi şərəfli həyat və döyüş yolundan söhbət açaraq onların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb. Deputat həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının şəhid ailələrinə və qazilərə hər zaman yüksək diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb.
Azinformasiya.az