Deputat Səyyad Salahlı İmişlidə aprel şəhidinin ailəsini ziyarət etdi – FOTOLAR

Milli Məclisin deputatı Səyyad Salahlı İmişli rayonunun Göbəktala kəndində 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olmuş N saylı hərbi hissənin qərargah rəisi, kapitan Savalanov Nəcməddin Akif oğlunun ailəsini ziyarət edib.

 

Azinformasiya.az  deputat şəhidin anası Ramilə xanıma, qardaşı Pərviz bəyə səbr diləyərək onların qayğıları ilə maraqlanıb. Anası şəhidin keçdiyi şərəfli həyat və döyüş yolu ilə bağlı xatirələrini bölüşüb. Ramilə xanım Cənab Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan xeyli məmnun qaldığını bildirib.
Şəhid anası Ramilə xanım hər zaman onların yanında olduğu və problemləri ilə yaxından maraqlandığı üçün millət vəkili Səyyad Salahlıya təşəkkürünü ifadə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir