Deputat Etibar Əliyev Suraxanı rayonunda seçiciləri ilə növbəti görüşünü keçirib. Deputat sözügedən sakinləri narahat edən məsələlərlə yaxından maraqlanıb, onların şikayət və təkliflərini dinləyib.
AZİNFORMASİYA.AZ xəbər verir ki, Etibar Əliyev seçicilərin üzləşdiyi mühüm problemləri qeydiyyata alaraq, aidiyyatı üzrə müvafiq qurumlara ünvanladığını söyləyib.
Etibar Əliyev bildirib ki, rayon sakinləri ilə görüşləri davamlı olaraq planlı şəkildə həyata keçiriləcəkdir.