Dekabrın 5-də Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.
Azinformasiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə məlumat verib.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.