Daşkəsəndə zəhərlənmə hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Kəmərqaya kəndində baş verib.
Kənd sakini 2009-cu il təvəllüdlü M.Paşayeva hamamda dəm qazından zəhərlənib. 15 yaşlı qıza yaşadığı evdə yardım edilib, durumu kafidir.
Məlumata əsasən, 15 yaşlı yeniyetmə qız yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az