Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan göndərilmiş səfiri Giorgi Zakaraşvili ilə Saakaşvili məsələsinə görə heç bir məsləhətləşmə aparmayacaq.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın XİN rəhbəri İliya Darçiaşvili “İmedi” telekanalına açıqlamasında bildirib. O, qeyd edib ki, Giorgi Zakaraşvili səfir kimi Gürcüstan XİN-də işləməyə davam edəcək.
“Gürcüstanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir, diplomatlar yerlərdədir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”,- Darçiaşvili söyləyib.
XİN rəhbəri diqqətə çatdırıb ki, Ukraynanın Gürcüstan səfirini ölkədən çıxarması ədalətsiz qeyri-dostcasına və əsassız qərardır və praktikada belə bir addımın presedenti mövcud deyil.
Azinformasiya.az