Danimarka XİN Kopenhagendə Quranın yandırılmasını pisləyib

Danimarka Xarici İşlər Nazirliyi iyulun 21-də paytaxt Kopenhagendə Quranın yandırılmasını pisləyib.

 

Azinformasiya.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında deyilir.

“Müqəddəs kitabların və başqa dini rəmzlərin yandırılması başqalarının dininə hörmətsizlik və utancverici bir hərəkətdir. Bu, müxtəlif dinlər və mədəniyyətlər arasında nifaq yaradan təxribat hesab olunur”, – bəyanatda qeyd olunub.

Xarici İşlər Nazirliyi bəyan edib ki, krallıqda dini etiqad azadlığı və İslam dinini qəbul edənlər var.

İlkin məlumata əsasən, hadisəni sağçı radikal “Danimarka Patriotları” qrupu törədib.

Qeyd edək ki, bu yaxınlarda İsveçin Stokholm şəhərində Qurani-Kərim kitabı yandırılıb. Buna Türkiyə, Azərbaycan, İraq və digər İslam ölkələri etirazını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir