Danimarka və İsveç Quranın yandırılmasını qadağan etməyi nəzərdən keçirir

Danimarka Quranın və başqa dini mətnlərin yandırılmasını qadağan etməyi nəzərdən keçirir.

 

Azinformasiya.az BBC-yə istinadən xəbər verir ki, buna səbəb ölkənin təhlükəsizlik və diplomatik narahatlıqlarıdır.

Danimarkanın Xarici İşlər Nazirliyi bildirib ki, ifadə azadlığını qorumaq vacib olsa da, belə etiraz növləri ekstremistlərin xeyrinədir və təhlükəsizlik təhdidləri törədir.

İsveçin Baş naziri də bənzər prosesin başladıldığını söyləyib.

Xatırladaq ki, bu ilin iyununda iraqlı xristian qaçqın Stokholmdakı mərkəzi məscidin qarşısında Quran kitabını yandırıb. Ona keçən həftə ikinci dəfə Quran kitabını yandırmağa icazə verilib. Hadisə İsveçin Bağdaddakı səfirliyinin əməkdaşlarını təxliyə etməsi ilə nəticələnib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir