Vəkillər Kollegiyasının daha bir üzvü, “Lider” Vəkil Bürosunun müdiri Əli Ələkbərov vəfat edib.
Azinformasiya.Az Vəkillər Kolegiyasına istinadən xəbər verir ki, Ə.Ələkbərov COVID-19-dan dünyasını dəyişib.
Bununla əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda Vəkillər Kollegiyasının üvləri – Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev da koronavirusdan vəfat edib.
Allah rəhmət eləsin!