Daha 2 təyyarə Qarabağa doğru yola düşdü

Rus sülhməramlılarını daşıyan daha 2 təyyarə Qarabağa yola düşüb.

Azinformasiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Rusiyanın Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının daha 2 İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnı hava limanından Ermənistana uçub. Təyyarənin göyərtəsində zirehli heyət daşıyıcıları, sursat və sülhməramlı briqadanın şəxsi heyəti var”, – açıqlamada qeyd olunub.

Qeyd olunur ki, 10 noyabrdan bəri Il-76 və An-124 təyyarələri Ermənistana 750 nəfərdən çox şəxsi heyət, həmçinin 110-dan çox texnika maddi-texniki baza çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir