Azərbaycan 44 günlük müharibə zamanı ölmüş daha 11 erməni hərbçinin cəsədinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.
Azinformasiya.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, proses bu gün Qırmızı Bazar qəsəbəsində baş tutub.
Təhvil verilən cəsədlərin şəxsiyyəti məhkəmə-tibbi ekspertiza həyata keçirildikdən sonra təyin ediləcək.
Bildirilir ki, ümumilikdə hərbi əməliyyatlar başa çatdıqdan sonra 1697 erməninin cəsədi aşkar olunub.