Qarabağda hərbi əməliyyatlar zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Bildirilir ki, meyit Ağdərə istiqamətində aşkar olunub və şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1669-a çatıb.