Dağıstanda terror aktlarında ölənlərin sayı 25-ə çatıb

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Mahaçqala və Dərbənddə törədilən terror aktları nəticəsində 51 nəfər yaralanıb.

Ölənlər arasında 15-i hüquq-mühafizə orqanlarının əməkdaşı 5-i mülki şəxs və 5-i şəxsiyyəti hələlik müəyyən edilməmiş şəxslərdir. 13 yaralının vəziyyətinin ağır olduğu bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir