ABŞ Rusiya və Ukraynanın bu ilin sonuna kimi sülh razılaşması əldə etməsini istəyir.
Azinformasiya.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr CNN-ə bildirib.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəsin bərqərar olunmasında vasitəçilik etdikdən qısa zaman sonra Rusiya-Ukrayna münaqişəsinin həllini özü üçün prioritet müəyyən edib.
“Tramp administrasiyası Qətər və Türkiyə də daxil olmaqla, Qəzza atəşkəsində vasitəçilik rolu oynamış ölkələrin Ruiya-Ukrayna müharibəsində də diplomatik rol oynamasını nəzərdən keçirib. ABŞ onların daha fəal diplomatik rol oynamağını istəyir, ancaq pərdə arxasında”, – mənbələr qeyd edib.
Azinformasiya.az