Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, UTC vaxtı ilə saat 08:46-da zəlzələ Aral şəhər rayonundan 117 kilometr şimal-şərqdə baş verib. Zəlzələnin mərkəzi 24 kilometr dərinlikdə olub.
Azinformasiya.az