Çində yazıçı ölüm hökmünə məhkum edilib

Çin məhkəməsi avstraliyalı yazıçı Yang Hengjunu iki illik möhlətlə ölüm cəzasına məhkum edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Yazıçı-bloger beş il əvvəl Çində həbs edilmiş, üç il əvvəl casusluqda təqsirli bilinmişdi.

Avstraliya xarici işlər naziri hökmdən şoka düşdüyünü deyib. Çinin Avstraliyadakı səfiri dəqiqləşdirmə üçün Avstraliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Hengjun Çində anadan olub və Avstraliya vətəndaşlığına malikdir.

2019-cu ildə həbs olunmazdan əvvəl o, Nyu-Yorkda işləyib. O, Quançjou hava limanında saxlanılıb və casusluqda ittiham olunub. Çin rəsmiləri işin təfərrüatlarını açıqlamayıb, ittihamın təfərrüatları isə məlum deyil.

Yazıçı özü ittihamları rədd edib. Ailəsi həbs olunduqdan sonra onun səhhətinin pisləşdiyini deyir və Çin hakimiyyətini işgəncələrdə ittiham edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir