Çində Yagi tayfunu nəticəsində azı 2 nəfər ölüb

Çinin cənubundakı Hainan adasında güclü qasırğa nəticəsində iki nəfər ölüb və ən azı 92 nəfər yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Xinhua“ məlumat yayıb.

Tayfun 800 mindən çox evin elektrik enerjisi kəsilməsinə səbəb olub.

Qeyd edək ki, Yagi tayfunu son on ildə regionda ən güclü tayfunlardan biri kimi təsvir edilir.

 

Azinformasiya.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir