Çinin cənub-qərbindəki Quizhou əyalətində mədəndə baş verən yanğın 16 nəfərin həyatına son qoyub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə Pançjou şəhəri yaxınlığındakı Şanzyaoşu kömür mədənində yerli vaxtla təxminən 08:00-da baş verib.
İlkin məlumata əsasən, yanğın konveyerdə baş verib. 16 işçi sıxışıb və çıxa bilməyib.
Artıq yanğınsöndürənlər yanğını söndürüblər.
Azinformasiya.az