Çinin xarici işlər naziri Vanq İ Qəzzada baş verənlərin sivilizasiya üçün utancverici olduğunu bildirib.
Azinformasiya.az xəbər verir ki bu barədə Çin XİN başçısı Pekində parlamentin illik iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
Qəzza zolağındakı müharibə haqqında danışan Çin XİN başçısı “mülki əhalinin öldürülməsi üçün heç bir bəhanənin olmadığını” deyib.
“Bütün girovlar azad edilməlidir. Biz fələstinlilərin Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyünü dəstəkləyirik, geniş və səlahiyyətli sülh konfransına çağırış edirik. İsrail sülh danışıqlarını mümkün qədər tez bərpa etməlidir. Sülhü təşviq etmək və insanların həyatını xilas etmək üçün beynəlxalq təşkilatlarla işləməyə davam edəcəyik.
XXI əsrdə Qəzzada baş verən humanitar fəlakətin qarşısını almağın mümkün olmaması insanlıq faciəsidir, hətta daha artığı, sivilizasiya üçün utancvericidir”, – Çin XİN başçısı vurğulayıb.
Azinformasiya.az