Çin XİN: Dünyanın “Demokratiya sammitlərinə” ehtiyacı yoxdur

Dünyanın “Demokratiya sammitlərinə” ehtiyacı yoxdur.

 

Azinformasiya.az xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Onun sözlərinə görə, rəsmi Pekin hesab edir ki, belə tədbirlər nifaq və qarşıdurma yaradır:

“Müasir dünyanın demokratiyanın təmin edilməsi üçün nəzərdə tutulan, amma əslində nifaq və qarşıdurma toxumu səpən zirvə toplantılarına ehtiyacı yoxdur”.

XİN rəsmisi, həmçinin əlavə edib ki, hazırkı dövrdə dünyanın ehtiyacı olan şeyin demokratiyanı qorumaq bəhanəsi ilə digər ölkələrin işlərinə qarışmaq olmadığını, əsl demokratiyanı tətbiq etmək, beynəlxalq əlaqələrdə demokratiyanı inkişaf etdirmək üçün birgə çalışmaq olduğunu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir