Çinin Xarici İşlər Nazirliyi (XİN) Avstraliya, Böyük Britaniya və ABŞ-ı beynəlxalq ictimaiyyətin narahatlığına hörmətsizlikdə ittiham edib.
Azinformasiya.az “Sky News”a istinadən xəbər verir ki, bu haqda Çin XİN-in sözçüsü Vanq Venbin mətbuat konfransında deyib.
Vanq Venbin qeyd edib ki, üç ölkə beynəlxalq ictimaiyyətin narahatlıqlarını hörmət qoymayaraq “təhlükəli yolda irəliləməyə davam edir”.
Qeyd edək ki, sözügedən açıqlama Böyük Britaniya Baş naziri Rişi Sunakın AUKUS tərəfdaşlıq planının növbəti mərhələsini elan etmək üçün San Dieqoda ABŞ Prezidenti Co Bayden və Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşündən sonra verilib.
Azinformasiya.az