“ABŞ-ın Kiyevə silah verməsi məsuliyyətsiz bir hərəkətdir”.
Azinformasiya.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Ukraynanın Zaporojye vilayətində media nümayəndələrinin öldürülməsini şərh edərkən söyləyib.
O bildirib ki, Çin Ukraynada mülki şəxslərin, habelə jurnalistlərin təhlükəsizliyini təmin etməyi tələb edir.
Qeyd edək ki, iyulun 22-də Ukrayna ordusunun Zaporojye vilayətinə endirdiyi raket zərbələri nəticəsində “RİA Novosti”nin əməkdaşı Rostislav Juravlev ölüb, “İzvestiya” və “RİA Novosti”nin 4 jurnalisti yaralanıb.
Həmçinin bildirək ki, ABŞ-ın Müdafiə Nazirliyi iyulun 7-də yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya kasetli sursatların göndəriləcəyini açıqlayıb.
Ukrayna ordusunun generalı Oleksandr Tarnavski iyulun 13-də bildirib ki, Ukrayna artıq ABŞ-dan kasetli sursatlar alıb. İndi Ukrayna ordusu döyüşlərdə həmin sursatdan istifadə edir.
Azinformasiya.az