Çin XİN ABŞ dövlət katibinin ölkəyə səfərini təsdiqləməyib

Çin Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni Blinkenin ölkəyə səfərini təsdiqləməyib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

“Rəsmi Pekin Kubadakı bazadan ABŞ-a qarşı casusluqla bağlı istifadə olunması xəbərlərini də təkzib edir”,- Venbin qeyd edib.

Qeyd edək ki, bir sıra KİV-də ABŞ Prezident Administrasiyasındakı mənbələrə istinadən, Entoni Blinkenin iyunun 18-də Çinə səfərə hazırlaşması barədə xəbərlər yayılıb.

Blinkenin səfəri fevral ayına planlaşdırılırdı və sonradan ABŞ-ın hava məkanında raketlə vurulan Çinə məxsus hava şarı ilə əlaqədar insident səbəbindən səfər həyata keçmədi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir