Çin Səudiyyə Ərəbistanı və İran arasında dialoqu dəstəkləyəcək.
Azinformasiya.az xəbər verir ki, “China Central Television” (CCTV) kanalına istinadən xəbər verir ki, bunu Çin Sədri Si Cinpin bildirib.
Cinpin Ər-Riyad və Tehran hökumətləri arasında münasibətlərin normallaşmasının regionda birlik və əməkdaşlığın möhkəmlənməsində vacib rol oynadığını vurğulayıb:
“Çin hökuməti Səudiyyə Ərəbistanı ilə İran arasında sonrakı dialoq prosesini dəstəkləməyə davam etmək niyyətindədir. Ziddiyyətlərin dialoq yolu ilə həlli bütün dövlətlərin maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur”.
Qeyd edək ki, martın 10-da Səudiyyə Ərəbistanı və İran iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər. Hər iki ölkə nümayəndələrinin Pekində bir neçə gün danışıqlar aparması nəticəsində üçtərəfli bəyanat hazırlanıb.
Azinformasiya.az