Çin Kommunist Partiyasının xarici əlaqələr üzrə rəhbəri ABŞ səfiri ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası məlumat yayıb.
Partiyanın xarici əlaqələr üzrə rəhbəri Liu Jianchaonun ABŞ-ın Pekindəki səfiri Nikolas Börns ilə görüşdüyü bildirilib.
Görüşdə Çin-ABŞ münasibətləri, beynəlxalq və regional məsələlər müzakirə edilib.
Azinformasiya.az