Çin hərbi gəmisi ABŞ-a məxsus destroyerə qarşı təhlükəli manevr edib

Tayvan Boğazında Çin hərbi gəmisi ABŞ donanmasına məxsus destroyerə qarşı təhlükəli manevr edib.

 

Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Donanması insidentin görüntülərini paylaşıb. Məlumatda Çin hərbi gəmisinin manevri “təhlükəli müdaxilə” kimi qiymətləndirilib.

ABŞ Ordusunun məlumatına əsasən, insident ABŞ-ın “USS Chung-Hoon” destroyeri Kanadaya məxsus “HSMC Montreal” freqatı ilə birlikdə Tayvan boğazında müntəzəm istiqamətdə üzərkən baş verib. Bildirilib ki, Çin gəmisi ABŞ-ın “USS Chung-Hoon” destroyerinin 137 metr yaxınlığına gələrək onun qarşısından keçib.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin Çin ordusunun müdaxiləsinin tamamilə legitim, peşəkar və təhlükəsiz olduğunu bildirib. O, ABŞ-ın təxribata ilk başladığını və Çinin bu məsələ ilə qanunlara uyğun şəkildə məşğul olduğunu söyləyib.

Tayvanın müdafiə naziri isə Çinin ABŞ və Kanada gəmilərinə müdaxiləsini təxribat adlandırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir