Ceyms O`Brayn: Blinken Ceyhun Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi gözləyir

“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə etmiş ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn “X” platformasında yazıb.

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də dediyim kimi, Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini ABŞ alqışlayır və dövlət katibi Blinken sülh danışıqları üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir