Ceyms O’Brayn: Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik

“Biz Azərbaycan və Ermənistan arasında sülhü və münasibətlərin normallaşmasını dəstəkləyirik”.

 

Azinformasiya.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn xarici jurnalistlər üçün onlayn brifinqdə deyib.

“Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik”, – ABŞ diplomatı qeyd edib.

O bildirib ki, ABŞ-nin Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yaxşı əlaqələri var: “Biz hesab edirik ki, tərəflər arasında sülhün əldə olunması regional iqtisadi inkişaf üçün imkanlar yaradacaq”.

ABŞ diplomatı, həmçinin qeyd edib ki, sülh region xalqları üçün səmərə verəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir