Ceyk Sallivan: Ukraynanın gələcəyi NATO-dadır, nöqtə

ABŞ hesab edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına görə, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsini artıq həll olunmuş hesab etmək olar.

 

Azinformasiya.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına müsahibəsində bildirib.

“Biz kommünikedə demişdik ki, Ukraynanın gələcəyi NATO-dadır, nöqtə. Heç kimlə heç bir yoxlama və ya danışıqlar aparılmır. Bu olacaq”, – o vurğulayıb.

Həmçinin Sallivan bildirib ki, Ukrayna NATO-ya qoşulmaq istəyən hər bir ölkə kimi, Şimali Atlantika Alyansının “standartlarına cavab vermək üçün demokratik islahatlar aparmalıdır” və Kiyev hələ də “bir çox islahatlar aparmalıdır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir