Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri başlayıb.
Ainformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter“də məlumat yayıb.
Bildirilib ki, nazir rəsmi səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir məqbərəsini ziyarət edərək, böyük öndərin məzarının önünə əklil qoyub.
Ainformasiya.az