Ceyhun Bayramov yaxın vaxtlarda Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünün anonsunu verib

“Sülh müqaviləsi istiqamətində danışıqlara bəlli fasilə var idi, amma mətn üzərində iş gedirdi”.

 

Azinformasiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirildi və bundan sonra yenidən prosesə start verilməsi barədə qərar verildi. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır”, – nazir deyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir