Ceyhun Bayramov və Hakan Fidan İran-İsrail toqquşması ilə bağlı son vəziyyəti müzakirə edib

14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Azinformasiya.az  XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir