Ceyhun Bayramov sülh danışıqlarına dəstəyə görə Qazaxıstana təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh danışıqlarına dəstək üçün Qazaxıstan tərəfinə təşəkkür edib.

 

Azinformasiya.az  xəbər verir ki, o, bu barədə özünün “X” hesabında paylaşım edib.

“Azərbaycan-Ermənistan arasında Almatıda ikitərəfli sülh danışıqlarının təşkilində göstərdiyi son dərəcə dəyərli dəstək üçün Qazaxıstan tərəfinə, şəxsən Baş nazirin müavini, xarici işlər naziri Nurtleuya təşəkkür edirəm. Azərbaycan regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək üçün, sülh prosesinin irəliləməsi üçün səylərini davam etdirəcək” – XİN rəhbəri Ceyhun Bayramovun paylaşımında belə deyilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir