Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiyanın paytaxtı Moskva şəhərinə yola düşüb.
Bu barədə Azinformasiya.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun həmçinin ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.